Mədət Quliyev İranın təhlükəsizlik naziri ilə görüşüb

Mədət Quliyev İranın təhlükəsizlik naziri ilə görüşüb

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Mədət Quliyev İran İslam Respublikasının təhlükəsizlik naziri seyid Mahmud Ələvi ilə görüşüb.
Bu barədə DTX-nin İctimai əlaqələr şöbəsindən məlumat verilib.
Görüş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 23-də İran İslam Respublikasına rəsmi səfəri zamanı baş tutub.
İşgüzar və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə tərəflər arasında terrorçuluğa, qaçaqmalçılığa və mütəşəkkil cinayətkarlığın digər təzahürlərinə qarşı birgə mübarizənin aparılması perspektivləri müzakirə olunub.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az