Təhsil naziri Mikayıl Cabbarov Avropa Oyunları ərəfəsində təhsil müəssisələrində pul yığılması haqda səsləndirilən fikirlərə münasibət bildirib.
Təhsil naziri Mikayıl Cabbarov Avropa Oyunları ərəfəsində təhsil müəssisələrində pul yığılması haqda səsləndirilən fikirlərə münasibət bildirib.
Vətəninfo.az Virtualaz.org-a istinadən xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında məktəblərdə və digər ümumtəhsil müəssisələrində bəhanədən asılı olmayaraq qanundan kənara çıxmağı, pul yığmağı “qeyri-qanuni hərəkət” adlandırıb.
M.Cabbarovun sözlərinə görə, bəzi hallarda yoxlanmamış informasiyalar sosial şəbəkələrdə tirajlanır: “Bu cür hallarla bağlı məlumatlar Təhsil Nazirliyində və hüquq-mühafizə orqanlarında ciddi araşdırılır”.
Nazir bu cür hallarla bağlı “Qaynar xətt” xidmətinə heç bir müraciətin edilmədiyini dedi.
M.Cabbarov sosial şəbəkələrdə Xaçmaz rayonunda təhsil müəssisələrinin birində bu cür halın olması ilə bağlı məlumatların yayıldığını və bu məsələ ilə bağlı araşdırma aparıldığını söylədi: “Rayonun təhsil şöbəsinin müdiri nazirliyin daxili nəzarət şöbəsinə dəvət olundu və müvafiq araşdırma aparıldı”.
Nazir sonda media nümayəndələrinə və vətəndaşlara müraciət etdi: “Media mənsublarına və vətəndaşlara üz tutaraq demək istəyirəm ki, onlar üzərlərinə düşən vətəndaşlıq borcunu yerinə yetirərək, belə hallarda nazirliyə müraciət etsinlər”.
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ