Mehdiyevdən Əli Həsənov haqda sərt sözlər: “Həqiqi xislətini gizlədə bilmişdi”

Mehdiyevdən Əli Həsənov haqda sərt sözlər: “Həqiqi xislətini gizlədə bilmişdi”

AMEA-nın prezidenti Ramiz Mehdiyev Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənov haqda sərt ittihamlar səsləndirib.

Mehdiyev bu ifadələri işlədərkən ad çəkməyib. Lakin bu ittihamlarda söhbətin birmənalı olaraq Əli Həsənovdan getdiyi bəllidir. R. Mehdiyev uzun illər eyni komandada, hətta eyni binada çalışdığı şəxs haqqında deyir:
"Uzun müddət, istər sovet dövründə, istərsə də müstəqillik illərində Prezident Administrasiyasında məsul vəzifə tutan şöbə müdirlərindən biri xeyli vaxt öz həqiqi xislətini məharətlə gizlədə bilmişdi. Yalnız uzun illər sonra onun həqiqi əməlləri aşkara çıxdıqda, həmin şəxs dövlət başçısı tərəfindən tutduğu vəzifəsindən azad edildi. Bənzər nümunələr çox olub”. ("Yeni Sabah”)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az