Mehdiyevin sadiq kadrı yola salınır

Mehdiyevin sadiq kadrı yola salınır
Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev tutduğu vəzifədən azad olunacaq.

Gununsesi.info-nun məlumatlı mənbələrdən əldə etdiyi xəbərə görə, icra başçısının  bu  postdan getməsinin zərurililiyi ilə bağlı Prezident Administrasiyasının rəhbərliyində ümumi rəy formalaşıb.

Buna əsas səbəb isə Qəzənfər Ağayevin PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin köhnə və sadiq kadrlarından biri olmasıdır.

Onu da qeyd edək ki, Qəzənfər Ağayev ləğv edilən Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanovun qudasıdır.

Hər iki şəxs öz karyerasında Ramiz Mehdiyevin himayədarlığı ilə yüksəlib.

Hətta bu xidmətlərin müqabilində Qüdrət Qurbanovun Mehdiyevə uzun illər əvvəl 4 yük gəmisi hədiyyə etdiyi də bildirilir.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az