Vətəninfo.az xəbər verir ki, İyulun 8-də Fransanın Kann şəhərində Azərbaycan günlərinə start verilib. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən və iyulun 31-dək davam edəcək Azərbaycan günləri “Azərbaycan cazı” konsert proqramı ilə start götürüb. “Azərbaycan cazı” gecəsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib. Konsertdə Azərbaycan cazının tarixini və müasir improvizasiyalarını əks etdirən kompozisiyalar təqdim olunub. Konsert proqramında Azərbaycan cazının müxtəlif çalarları, həmçinin muğam-caz izləyicilərə xoş anlar yaşadıb.
Gecədə iştirak edən qonaqlara Heydər Əliyev Fondu tərəfindən hazırlanmış və Azərbaycanın tarixini, milli və modern musiqi ənənələrini əks etdirən kitablar təqdim olunub. Azərbaycan günləri çərçivəsində izləyicilər ölkəmizi müxtəlif aspektlərdə - tarixi, musiqisi, ədəbiyyatı, klassik və modern incəsənəti ilə birlikdə görmək imkanı əldə edəcəklər. Bu tədbirlər çərçivəsində Azərbaycan bayraqları və banerləri ilə bəzədilən Kann şəhəri yerli sakinlər və qonaqlara ölkəmizlə yaxından tanışlıq imkanı yaradıb.
Qeyd edək ki, Bakıda 2015-ci ildə keçiriləcək 1-ci Avropa Oyunlarının ölkədən kənarda təqdimatı ilə əlaqədar iyulun 9-da Kann şəhərinin məşhur Kruazett bulvarında atəşfəşanlıq təşkil olunacaqdır. Həmçinin Avropa Oyunlarının təqdimatı ilə bağlı burada qaçış üzrə marafon keçiriləcəkdir. Marafonun qalibinə Heydər Əliyev Fondu tərəfindən qiymətli hədiyyələr veriləcəkdir.









Vətəninfo.az
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO
Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ