Məlahət İbrahimqızı: “Həmkarım Fazil Mustafanın fikirləri ilə tamamilə razıyam...”

Məlahət İbrahimqızı: “Həmkarım Fazil Mustafanın fikirləri ilə tamamilə razıyam...”
"Milli Məclisin plenar iclasında deputat Fazil Mustafa bildirdi ki, ölkədə icbari tibbi sığorta varsa, həkimlər üçün sertifkatlaşmanın tətbiq olunması mənasız bir şeyə çevrilir, bu, həkimə qarşı güvənsizliyə səbəb olur. O, təklif verdi ki, həkimlərin süni surətdə 5 ildən bir imtahan edilməsi mənasızdır, onlar da 60 yaşdan sonra müəllimlər kimi sertifikasiyadan azad olunmalıdırlar. Mən də həmkarım Fazil Mustafanın fikirləri ilə tamamilə razıyam və bunu dəstəkləyirəm”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı deyib.

 

"Hesab edirəm ki, müəllimlər üçün qanunvericilikdə etdiyimiz düzəlişləri həkimlər üçün də tətbiq etməliyik. Xahiş edirəm bu problemi ictimailəşdirək ki, həllini tapsın”, - M.İbrahimqızı bildirib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az