“ Danışan kitablar” adlı yeni layihəyə start verilir
“Birliyə Doğru” Əlil və Kimsəsiz Uşaqlara Qayğı İctimai Birliyindən “vətəninfo.az”a verilən məlumtda qeyd olunur ki, Birlik vətəndaş cəmiyyətinin inkişafına dəstək olmaq, xüsusi qayğıya ehtiyacı olan və valideyn himayəsindən məhrum olmuş uşaqların probleminin həllinə nail olmaq və onların cəmiyyətə sosial psixoloji adaptasiyasına kömək olmaq üçün keçirdiyi uğurlu layihələrinidən növbətisi “Mənə savad VER!!!” şüarı altında “Danışan Kitablar” layihəsidir. Layihənin məqsədi internat məktəbləri və uşaq evlərində yaşayan kimsəsiz uşaqların dünyagörüşünün artırılmasını, cəmiyyətə baxışı formalaşdırmaqdır.Məlumatda deyilir ki,üç ay ərzində davam edəcək layihə çərçivəsində uşaqlar Azərbaycanın tanınmış yazıçıları və şairləri ilə görüşəcək, onların fikirlərini, həyat təcrübələrini bölüşəcək, dünya klassik ədəbiyyatını, görkəmli yazıçıların əsərlərini oxuyacaq, müzakirə edəcəklər. Görüşlər “Akademiya” Kitab mərkəzində ayda iki dəfə olmaqla baş tutacaq. Kitab mərkəzinin rəhbərliyi uşaqlara mütaliyyə üçün kitablar hədiyyə edəcək. Layihə müddətində üç internat məktəbindən 40-a yaxın uşağın iştirakı nəzərdə tutulub.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?