15 YPX əməkdaşı Təranə Səmədova ilə əlbəyaxa olub
Vətəninfo.az-ın elektron ünvanına daxil olan məlumatda iddia edilir ki, iyulun 14-də məşhur prodüser Təranə Səmədova yol polisi əməkdaşlarından qaçmaq istəyib.
Elektron ünvanımıza daxil olan məlumatda qeyd edilir ki, saat təqribən gecə 3-da Əhmədli qəsəbəsi Məhəmməd Hadi küçəsi, ev 17 ünvanında qara rəngli 666 dövlət nömrə nişanlı Təranə Məmmədovanın idarə etdiyi "Hyundai" avtomobilinin dalınca düşüb.
Daxil olan məlumata görə, polisin "saxla" əmrinə tabe olmayan məşhur prodüser avtomobili yaşadığı məhəlləyə sürməklə canını polislərdən qurtarmaq istəyib.
Məlumatda vurğulanır ki, Təranə Səmədova avtomobili idarə edən zaman içkili olub və məhəllənin içərisində də belə YPX əməkdaşları ilə sözün əsl mənasında “məzələnib”. Məlumata görə, vəziyyət o həddə çatıb ki, T.Səmədovanın yaşadığı binanın sakinləri belə yuxudan oyanıblar.
Elektron ünvanımıza daxil olan məlumata görə, 25 dəqiqə davam edən DYP əməkdaşları ilə prodüser arasındakı qarşılıqlı söz atışması zamanı T.Səmədova YPX əməkdaşlarnı içkili olduğu üçün ifadə edilməyəcək tərzdə söyməkdən belə çəkinməyib.
Məlumata görə, polislər məcbur olublar ki, maşının qapılarını bağlayıb, içində oturan və təslim olmayan Təranə Səmədovanı elektroşoker vasitəsilə tərpətsinlər. Amma bu da kömək etməyib. Məşhur prodüser nə sənədləri təqdim edib, nə də ki, avtomobildən düşüb.
Məlumata görə, Təranə əmrə tabe olmamaqla yanaşı polislərin ünvanına təhqiramiz ifadələr işlədib. Vəziyyətin belə olduğunu görən YPX əməkdaşları məcbur olub hadisə yerinə PPS-ləri cagirıblar. Amma onların da heç biri prodüserin hərəkətlərinin qarşısını ala bilıməyib. Nəhayət Təranə Səmədova avtomobilindən düşərək polisləri hədələyə-hədələyə “mən evimə getməliyəm, mənə heç kim heçnə edə bilməz “ deyib. Məlumatda o da vurğulanır ki, ayaq üstə dayana bilməyən prodüseri polislər qolundan tutaraq PPX avtomobilnə oturtmaq istəyiblər.
Amma polislərin cəhdi ilkin olaraq uğursuz olsa da, nəhayət sonda T.Səmədovanı avtomobilə otuzdurmaq mümkün olub.
Redaksiynın elektron ünvanına daxil olan bu məlumatda iddia edilənlərlə bağlı Təranə Səmədovanın da mövqeyini dərc etməyə hazırıq.
Vətəninfo.az