Bu gün Azərbaycan Mətbuat Şurası (AMŞ) son günlər Bakıda keçiriləcək “Erovizion” mahnı yarışması əleyhinə xarici və yerli mətbuatda dərc olunan məlumatlarla bağlı gündəlik nəşir olunan mətbu orqanların rəhbərləri ilə birlikdə mətbuat konfransı keçirid.”Vənəninfo.az”ın verdiyi məlumata görə, Beynəlxalq Mətbuat Mərkəzində keçirilən konfransda AMŞ-nın sədri Əflatun Amaşov çıxış edib istər yerli, istərsə də xarici mətbuatda dərc olunan Azərbaycan əleyhinə xəbərlərə öz münsibətini bildirib. Ə.Amaşov deyib ki, bütün bu məlumatlar bir mərkəzdən idarə edilir və həmin mərkəz Azərbaycanın son illər əldə etdiyi uğurlardan narahatdır. AMŞ səri onu da bildirib ki, bu gün Azərbaycanda söz və mətbuat azadlığı istiqamətində atılan addımlar,mətbuatın inkişafı istiqamətində görülən işlər gözardı dilir və daha çox bu sahədə mövcud olan bəzi xırda nöqsanlar qabardılır. “Azərbaycan”qəzetinin baş redaktoru,millət vəkili Bəxtiyar Sadıxovda çıxış edib və o da bildirib ki, Azərbaycanın əleyhinə kompaniya aparanlar,Azərbaycandainsan hüquqlarının pozulduğunu deyənlər, Azərbaycanın qarşılaşdığı problemləri, hüquqları pozulan 1 milyondan artıq qaçqın və məcburi köçkünlərigörmək istəmirlər. Millət vəkili bu tip yanaşmaları ikili standartların tərkib hissəsi olaraq dəyərləndirib.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?