Bu gün Azərbaycan Kikboksinq federasiyasının prezidenti, millət vəkili Adil Əliyevin təşəbbüsü ilə, Nərimanov rayon 2-ci seçki dairəsi ərazisində yaşayan və yaşı 22-dən yuxarı olan seçicilərin və idmançıların qanvermə aksiyası həyata keçirilib.
“Vətəninfo.az” xəbər verir ki, aksiyada 150-dən çox insan qan verib.
Millət vəkili Adil Əliyev aksiya ilə bağlı çıxış edərək bildirib ki, hər bir azərbaycanlının borcudur ki, bu cür aksiyalarda iştirak edib, üzərinə düşən vəzifəni yerinə yetirsin.
“Azərbaycanın qan bankının daha da gücləndirilməsi, qan ehtiyatının müəyyən olunan həddə saxlanılması vacibdir. Çünki, hər gün yüzlərlə insanın qana ehtiyacı olur. Bu qanın toplanması da hər bir azərbaycanlının üzərinə düşür. Biz bunu etməklə məsuliyyətimizin bitdiyini düşünmürük. Bundan sonra da bu tip aksiyalar həm federasiya, həm də seçildiyim ərazidə yaşayan insanlarla birlikdə davam edəcək”.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?