Milli Məclisin mətbuat katibi işdən çıxarılıb - YENİ TƏYİNAT

Milli Məclisin mətbuat katibi işdən çıxarılıb - YENİ TƏYİNAT
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Əliyev (Ceyhun Əli) vəzifəsindən azad edilib.

Bununla bağlı Milli Məclis sədri Sahibə Qafarova əmr imzalayıb.

S.Qafarovanın imzaladığı digər əmrlə həmin vəzifəyə Mehman Qayıbov təyin olunub. M.Qayıbov daha əvvəl Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, C.Əliyev ötən ilin may ayında parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunmuşdu (Report).


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az