Mingəçevirdə qırmızı paltar geyinən uşağı öküz vurdu

Mingəçevirdə qırmızı paltar geyinən uşağı öküz vurdu
Mingəçevir şəhərində azyaşlını öküz vurub.

Miq.az xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai küçəsində qeydə alınıb.
Həmin küçədə, bina, 16A, mənzil, 19-da yaşayan 2012-ci il təvəllüdlü Əliyev Məhəmməd Elnur oğlu həyətdə həmyaşıdları ilə oynayarkən iribuynuzlu heyvanın hücumuna məruz qalıb.
Şahidlərin sözlərinə görə, uşağın qırmızı geyimindən qıcıqlanan inək buynuzu ilə körpənin ağzından vurub. Nəticədə buynuz uşağın üst damağını yarıb. Mingəçevir Mərkəzi Xəstəxanasına çatdırılan uşaq, burada ilkin tibbi yardım göstərildikdən sonra təcili Bakıya göndərilib.
Qeyd edək ki, şəhərin bu hissəsində heyvan saxlanılmır. Bəzən Yevlaxın şəhərə yaxın ərazilərindən heyvanlar nəzarətsiz şəkildə Mingəçevir ərazisinə gəlir. (report)
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az