“MİQ-29”un “qara qutu”su zədələnib – Ukraynadan mütəxəssislər dəvət edildi
Xəzər dənizinə düşən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus "MİQ-29″ təyyarəsinin "qara qutu”sunu tədqiq etmək üçün Ukraynadan mütəxəssislər cəlb olunub.
Miq.az xəbər verir ki, bunu "Yeni Sabah”a bu gün nəşi tapılan pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin qayınatası, keçmiş dövlət müşaviri Qabil Hüseynli deyib.
Onun sözlərinə görə "qara qutu”nun bəzi hissələri zədələnib.
"Zədələnmiş hissələr bərpa ediləndən sonra "qara qutu” tədqiq ediləcək. O zaman hadisənin səbəbləri barədə fikir söyləmək olar”,- deyə keçmiş müşavir bildirib.
Miq.az