Misir Mərdanov ona müraciət edən şəkili tələbənin kirayə haqqını ödəməyə pul tapmadı...
Sabiq təhsil naziri Misir Mərdanov bəlkə də ilk baxışda əcaib görsənməyən, amma əslində çox qəbahət hesab ediləcək bir məsələni ictimailəşdirərək necə deyərlər, qaş düzəltmək istədiyi yerdə vurub göz çıxarıb...
Halbuki az qala 15 il təhsil naziri və indi də AMEA Riyaziyyat İnstitutunun direktoru olan Misir müəllim ona müraciət edən şəkili qız haqqında bunları yazmaqdansa onun kirayə haqqını öz üzərinə götürə bilərdi, bununla da məmur kreslosunda etdiyi çeşidli qəbahətlərin cüzi bir hissəsini yumaq şansını qaçırmazdı. Amma gerçəkdən gül vurdu...
"Əziz dostlar, bu gün (05.09.2022) Şəkidən gəlmiş Sibeli qəbul etdim. Sibellə mən 4-5 ildir ki, mütəmadi əlaqə saxlayır, hərdən bir görüşürdük.O, anası ilə tək yaşayır.O, bu il Şəkidə orta məktəbi bitirərək qəbul imtahanlarında 650 bal toplamış, Bakı Dövlət Universitetinin Kompyuter elmləri ixtisasına (ingilis-dilində) qəbul olmuşdur. Sibel bu dəfə mənə yataqxana və ya kirayə ev tapmaqda kömək etmək məqsədi ilə müraciət etməyə gəlmişdi. Təəssüf ki, hələlik ona bu işdə real köməklik göstərə bilməmişəm. Əminəm ki, o, bu çətinliyin də öhdəsindən gələ biləcəkdir. Ona bu yolda uğurlar arzu edirəm".