Rusiya paytaxtında Azərbaycan milli mətbuatının 140 illik yubileyinə həsr olunan tədbir keçirilib.Tədbirdə Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Hacıyev, Azərbaycan kütləvi informasiya vasitələrinin müxbir məntəqələrinin nümayəndələri və "Azərbaycan Konqresi” qəzetinin jurnalistləri iştirak ediblər.
Rusiyada fəaliyyət göstərən azərbaycanlı jurnalistləri təbrik edən ÜAK icraçı direktoru, Konqresin Rəyasət Heyətinin üzvü İlqar Hacıyev çıxışında müxbirlərin vətəndən uzaqda öz ölkələrini uğurla təmsil etdiklərini söyləyib: "Siz yazdığınız xəbər və məqalələrlə Rusiyadakı Azərbaycan diasporunun imicini formalaşdırırsınız. Sizin sayənizdə bizim diasporun həyatı barədə həm Azərbaycanda, həm də Rusiyada məlumat alırlar. Sizə yeni yaradıcılıq uğurları və layiq olduğunuz yüksəklikləri fəth etməyinizi arzulayıram”.
ÜAK-ın Nijeqorod vilayəti üzrə regional bölməsinin icraçı direktoru Roman Ağayev Rusiyadakı azərbaycanlı jurnalistləri peşə bayramları münasibətilə təbrik edərək onları ÜAK-ın Nijeqorod vilayəti üzrə regional bölməsinin rəhbəri adından təşəkkür məktubu ilə təltif edib.
Tədbirin sonunda iştirakçılar bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar
APA
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?