"Yerli yayımçıların milli filmləri əldə etməsi və nümayiş etdirməsi onlara çox baha başa gəlir. Çünki Kinorejissorlar Gildiyası yerli filmlərin nümayişi üçün kifayət qədər böyük məbləğ tələb edir – 1 saat üçün 70 AZN. Bu isə telekanallara sərf etmir. Məsələnin qəribə tərəfi ondan ibarətdir ki, Gildiya Sovet dövründə və hazırda dövlət maliyyəsi ilə çəkilmiş filmlərə də bir növ, sahib çıxıb, onların nümayişinə də pul tələbi qoyub. Halbuki, həmin filmlər çəkilərkən haqqı, əziyyəti olanların hamısı mükafatlandırılıb və məhsullar dövlət mülkiyyətidir”.
T.Dadaşov məhz bu bu səbəbdən kanallarda milli filmlərin az göstərilməsi və digər filmlərin çoxaldığını qeyd edib.
"Bax, bu gün milli kanallarda milli filmlərin azlığının, hind və digər
filmlərin isə baş alıb getməsinin səbəbi yuxarıdakıdır. Əslində, bu
sahədə çalışan hər kəs mövcud reallığı bilməli və təhlil apararkən
haqlı-haqsız ittihamlar irəli sürməməlidirlər. Bu mənada bəzi xəbər
portallarına açıqlama verərkən Kinematoqrafçılar İttifaqının katibi Əli
İsa Cabbarovun işlətdiyi "MTRŞ-nin telekanallarda kino nümayişi siyasəti
çox naşıdır. Bu qurumun milli televiziyalarımızda piratçılığın baş alıb
getməsində nə marağı var, bunun qarşısını niyə almır?” fikirləri özü
problemin mahiyyətini bilməməkdən və naşılıqdan irəli gəlir”.
Modern.az