Müdafiə nazirinin müavini ehtiyata buraxıldı

Müdafiə nazirinin müavini ehtiyata buraxıldı


Azərbaycan müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Ramiz Tahirov hərbi xidmətdə olmağın son yaş həddi nəzərə alınmaqla ehtiyata buraxılıb.

Miq.az xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə mayın 11-də keçirilən toplantıda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bununla bağlı müvafiq sərəncamı diqqətə çatdırılıb.

Müdafiə Nazirliyinin rəhbər heyəti Azərbaycan Ordusunda uzunmüddətli qüsursuz xidməti, ölkənin müstəqilliyi, ərazi bütövlüyünün qorunub saxlanılmasında və hərbi xidmətdə xüsusi xidmətinə görə general-leytenant Ramiz Tahirova təşəkkür edib və ona gələcək həyatında uğurlar arzulayıb.




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az