«Mur-ay» MMC-nin məhkəmə işində 800-dən artıq zərərçəkən var

«Mur-ay» MMC-nin məhkəmə işində 800-dən artıq zərərçəkən var

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində «Mur-Ay» Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) sədri Elxan Hüseynovun, müaviniQabil Sultanovun, «Azərbaycan» Nəşriyyatının direktor müaviniQalib Məmmədbəylinin və daha bir neçə nəfərin məhkəməsinə hazırlıq iclası başlayıb. Onlar dələduzluqda təqsirləndirilirlər. “Vətəninfo.az”ın “azadlıqradiosu“na istinadən verdiyi xəbərə görə,İclasa hakimEldar İsmayılovsədrlik edib. Məhkəmədə

Müttəhimlərin vəkilləri vəsatətlərlə çıxış ediblər. Onlar bildiriblər ki, müstəntiqlər ibtidai istintaq zamanı qanun pozuntularına yol veriblər, eyni adamları əvvəlcə şahid, sonra isə zərərçəkmiş qismində dindiriblər. Vəkillər müvəkkilləri barəsindəki həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün də vəsatət qaldırıblar.Hazırlıq iclasında 15 nəfər zərərçəkmiş iştirak edib. Onlar təqsirləndirilən şəxslərin ev dustaqlığına buraxılmasının əleyhinə çıxıblar. Məsələn, istintaq orqanının zərərçəkmiş kimi tanıdığıƏlibəy Quliyevbildirib ki, o, tutulan adamların həbsdə qalmasını istəmir. Ancaq gərək həmin adamlar əvvəlcə onun mənzil almaq üçün ödədiyi pullarını geri qaytarsınlar. Əks halda, o, tutulan şəxslərin həbsdə qalmasını tələb edib.

Qeyd edə ki ittiham aktında deyilir ki, Elxan Hüseynov Qalib Məmmədbəyli və başqaları ilə əlbir olaraq Yeni Yasamal massivində inşa etdirdikləri binalardakı eyni mənzilləri bir neçə dəfə ayrı-ayrı şəxslərə satıb. Vergilər Nazirliyinin yoxlamaları nəticəsində MMC-yə daxil olan pulların vergidən gizlədildiyi də aşkar edilib.

İş üzrə zərərçəkmişlərin sayı 800 nəfərdən artıqdır.

Vəkillərin bildirdiyinə görə, ittihamlar məhkəmə yolu ilə sübuta yetirilərsə, təqsirləndirilən şəxslərə 5 ildən 12 ilədək həbs cəzası verilə bilər.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az