Muradovun göstərişi icra olunmadı - Ermənilər imkan vermədi
Qarabağdakı Rusiya sülhməramlılarının komandanı general Rüstəm Muradov Xocavənddəki faşist Qaregin Njdenin abidəsinin sökülməsi ilə bağlı göstəriş verilib. Bu barədə Ermənistanın lragir.am nəşri yazıb.
Ancaq Njdenin büstünün götürülməsi cəhdi baş tutmayıb.
Miq.Az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Rusiya sülhməramlı qüvvələrinin komandiri Rüstəm Muradovun abidənin sökülməsi ilə bağlı verdiyi göstəriş icra olunmayıb.
Yerli sakinlər və Ermənistandan gələn radikal millətçilər büstün götürülməsinə mane olublar. Hadisə zamanı sülhməramlılarla sakinlər arasında gərginlik yaranıb.
Rusiya sülhməramlı kontingentinin komandiri Rüstəm Muradov büstün mayın 9-u Qələbə Gününə qədər götürülməsini tələb edir. Abidənin Xocavənddən yığışdırılmasını Rusiya ilə yanaşı Azərbaycan da tələb edir
Miq.Az