NATO Türkiyənin “Zəfər bayramı” ilə bağlı yazdığı paylaşımını sildi - FOTO
NATO Quru Komandanlığı sosial media hesabında Türkiyə Cümhuriyyətinin "Zəfər bayramı” münasibətilə yazdığı paylaşımı sildi.
Bakupost.az Türkiyə mediasına istinadən xəbər verir ki, türk əsgərlərinin fotosunun yer aldığı təbrik paylaşımı Yunanıstan mediasında geniş əks-səda doğurub.
Yunanıstanın nüfuzlu nəşrlərindən olan "Ta Nea” qəzeti "NATO bombası: Türkiyəni 1922-ci ildə Yunanıstan üzərində qazandığı qələbə münasibətilə təbrik etdilər” başlığı ilə məqal dərc edilib. Sözügedən məqalədən sonra Afina hərəkətə keçib. Beləki Yunanıstan Xarici İşlər Nazirliyi alyansın daimi nümayəndəsinin paylaşımı pisləyən şikayət ərizəsi verib.
Nazirlik Yunan ordusunun Avropa Müttəfiq Qüvvələrinin Ali Qərargahına oxşar şikayəti təqdim edəcəyini açıqlayıb. Afinanın cəhdindən saatlar sonra NATO-nun sosial media hesabındakı sözügedən paylaşım silinib.