Səhiyyə naziri Oqtay Şirəliyev koronovirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədi ilə əmr imzalayıb.
Bu barədə virtualaz.og saytına nazirlikdən məlumat veriblər.
Xəbərdə deyilir ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən Yaxın Şərq ölkələrində respirator sindromlu koronovirus (MERS-CoV) aşkar edilib və onun törətdiyi xəstəliyin qeydiyyata alınmasına başlanıb. 2015-ci ilin mayında xəstək Cənubi Koreyada əhəmiyyətli dərəcədə alovlanıb və hazırda davam etməkdədir.
Ümumən bütün ölkələr üzrə 1,3 mindən artıq insan bu virusa yoluxub və onlardan 500-ə yaxını ölüb.
Buna görə də nazir Azərbaycanda koronovirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsini əmr edib. Ölkənin şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinə koronovirus xəstəliyi barədə tibb işçilərinin məlumatlandırılması, kəskin respirator xəstəlik halları barədə məlumatın dərhal yerli gigiyena və epidemiologiya mərkəzlərinə verilməsi, şübhəli şəxslərdən götürülmüş nümunələrin Respublika Taun Əleyhinə Stansiyasına çatdırılması, xəstəliyin simptomatik müalicəsi uçun dərman preparatlarının ehtiyatının yaradılması, tibb müəssisələrində dezinfeksiya tədbirlərinin həyata keçirilməsinin gücləndirilsi tapşırılıb.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?