Nazir: Dekabrın 20-dən qız turizmi başlayır

Nazir: Dekabrın 20-dən qız turizmi başlayır

Azərbaycanda hava şəraitinin asılı olmayaraq dekabrın 20-25-də qış turizm mövsümünün elan edilməsi planlaşdırılır.

Vətəninfo.az xəbər verir ki, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Әbülfəs Qarayev bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, nazirliyin Turizm şöbəsi Şahdağ Qış-Yay Turizm Kompleksi İdarəsi ilə birlikdə turizm mövsümü ilə əlaqədar turizm şirkətlərinin nümayəndələri üçün xüsusi treninqlər keçirəcək: "Həm Şahdağ, həm də Tufandağda əsas narazılıqlar xizək sürülməsi üçün geyimlərin verilməsi vaxtı ilə bağlı olur. Bunun üçün hər adama azı 15-20 dəqiqə xidmət etmək tələb olunur. Ona görə də birdən-birə 100-200 adama xidmət göstərmək olmur. Keçən il yanvarın 1-də 1800 adam xizək sürməyə gəlmişdi. İstər-istəməz növbələr yaranırdı".

Nazir qeyd edib ki, bu problemin həlli üçün bu il turizm şirkətləri xizək sürməyə getmək istəyən insanların geyim ölçülərini qabaqcadan alacaq və bu məlumatları Şahdağ Qış-Yay Turizm Kompleksinin İdarəsinə verəcək. Bunun nəticəsində gələn turistlərə əvvəlcədən hazırlanmış və nömrələnmiş geyimlər veriləcək.

Xidmətlərin qiymətləri barədə də məlumat verən Ә.Qarayev deyib ki, bu il Şahdağ Qış-Yay Turizm Kompleksində xidmətlərin qiymətlərində artım olmayacaq. Bu il burada daha çox ceşidli və keyfiyyətli xidmətlərin təqdim edilməsi nəzərdə tutulur: "Keçən il həm Şahdağ, həm də Tufandağda qış mövsümündə insanların əlindən tərpənmək mümkün deyildi. Hansı sahibkar o qədər insan olduğu halda, qiymətləri aşağı salar? Bu, mümkünsüzdür".



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az