Nazir əmr imzaldı

Nazir əmr imzaldı
Səhiyyə naziri Oqtay Şirəliyev "Doğuşa yardım xidmətinin təkmilləşdirilməsi barədə” əmr imzalayıb.
 
Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən verilən məlumata görə, əmr şəhər və rayonlarda doğuşa yardım xidmətinin təşkili, fəaliyyətinin təkmilləşdirilməsi, hamilə və zahılara yüksək ixtisaslı mama-ginekoloji yardımın göstərilməsi məqsədi ilə imzalanıb.
 
Sənəddə Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna, Respublika Perinatal Mərkəzinə, Azərbaycan Tibb Universitetinin I və II mama-ginekologiya kafedralarına, M.Ə Mirqasımov adına Respublika Klinik Xəstəxanasına cədvələ əsasən, doğuşa yardım xidməti üzrə respublikanın regionlarına təhkim edilməsi tapşırılır.
 
Eyni zamanda, həmin müəssisələrin rəhbərlərinə tapşırılır ki, təhkim olduqları şəhər və rayonlarda doğuşa yardım xidmətinin təşkili, onun keyfiyyətinin və səmərəliliyin yaxşılaşdırılması, bu sahədə təcrübi və metodiki yardımın göstərilməsi, fəaliyyətin təhlili və müvafiq təkliflərin verilməsini təmin etsinlər. Təhkim olunmuş baza tibb müəssisələrinin və yüksək ixtisaslı mama-ginekolog, neonatoloq və anestezioloq-reanimatoloqlar Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyası vasitəsi ilə ezam olunmaları, ehtiyac yarandıqda digər mütəxəssislərin ezam olunması işinin təşkili, görülən işlər barəsində daim Səhiyyə Nazirliyinə məlumat verilməsi tapşırıqları da əmirdə öz əksini tapıb.
Əmrin digər bəndində rayon mərkəzi xəstəxanaların baş həkimlərinə doğuşa yardım xidmətini şəxsi nəzarətdə saxlamaqla, aidiyyəti mütəxəssislərin məsuliyyətinin artırılması və ambulator–poliklinik müəssisələrin, qadın məsləhətxanalarının və doğum evlərinin fəaliyyətinin əlaqələndirilməsi, ezam olunan mütəxəssislərin fəaliyyəti üçün lazımi şəraitin yaradılması, təhkim olunmuş mütəxəssislər tərəfindən görülmüş işlərin mütəmadi müzakirə edilməsi tapşırılır.
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az