NAZİR MÜAVİNİ VƏFAT ETDİ - General-leytenant idi + FOTO

NAZİR MÜAVİNİ VƏFAT ETDİ - General-leytenant idi + FOTO

Azərbaycanın fövqəladə hallar nazirinin müavini, daxili xidmət general-leytenantı Nazim Məmmədov dünyasını dəyişib. "Report”un məlumatına görə, o, bu gün vəfat edib.

Fövqəladə Hallar Nazirliyindən N.Məmmədovun ölüm xəbərini təsdiqləyiblər.

Nazim Məmmədov 8 oktyabr 1951-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olub.

Əmək fəaliyyətinə 1973-cü ildə Ordubad şəhərində başlayıb. 1976-1995-ci illərdə Ordubad şəhərində müxtəlif təşkilatlarda işləyib.

1995-ci ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində çalışıb. 1999-cu ildə isə "Təfəkkür” Universitetinin hüquq fakultəsini bitirib. 2007-cı ilin dekabrından 2022-ci ilin yanvarına qədər Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük xidməti general-leytenantı olub.

Ailəlidir, 3 övladı var.

Allah rəhmət eləsin!



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az