Nazirlikdən əkizlərin ölümü ilə bağlı Açıqlama

Nazirlikdən əkizlərin ölümü ilə bağlı Açıqlama
Səhiyyə Nazirliyi Lənkəran rayon doğum şöbəsində iki əkiz uşağın doğuş zamanı ölməsinə münasibət bildirib.

Miq.az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Trend-ə bildirib ki, Masallı rayonunun Türkoba kənd sakini, 1991-ci il təvəllüdlü Alidə Tofiq qızı Məmmədovanın hamiləliyinin 7-ci ayında səhhətində problemlər yaranıb. O, yanvarın 8-də Lənkəran rayon doğum şöbəsinə acılışla gətirilb. Qadının bətinində olan 800-900 qramlıq uşaqlar xaric edilib. Aparılan reanimasiyon tədbirlərə baxmayaraq, bu gün səhər saatlarında uşaqlar tələf olublar:
"Ananın vəziyyəti stabildir. Bu, qadının ikinci hamiləliyi olub. 2016-cı ildə də qadının dünyaya gətirdiyi oğlan uşağı xəstəxanada tələf olmuşdur".
S.Əhmədova qeyd edib ki, hadisə ilə bağlı Səhiyyə Nazirliyinin Neonatoloji Xidmətlərin Təkmilləşdirilməsi komissiyası tərəfindən araşdırma aparılacaq.

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az