Növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 901 nəfər namizədliyini irəli sürüb, 569 nəfərin namizədliyi təsdiqlənib

Növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 901 nəfər namizədliyini irəli sürüb, 569 nəfərin namizədliyi təsdiqlənib

"Növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 901 namizəd müraciət edib”.

"Miq.Az" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

O bildirib ki, namizədlərdən 149 nəfəri 11 siyasi partiya tərəfindən irəli sürülüb: "Beş nəfər təşəbbüs qrupları tərəfindən, 752 nəfər isə fərdi qaydada namizədlikərini irəli sürüb”.

M.Pənahov bildirib ki, müraciət edən şəxslərdən 569 nəfərinin namizədliyi artıq təsdiq olunub. Onlardan 439 nəfəri isə imza vərəqələrini artıq götürüb.

Xatırladaq ki, Milli Məclisə növbədənkənar parlament seçkiləri 2020-ci il fevralın 9-da keçiriləcək.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az