O Kamaldan bu Kamala

O Kamaldan bu Kamala

 



Şərif Ağayara

Başqalarından fərqli olaraq anonim gileylənməyəcəm, adını deyəcəm, məcbur özünü hədəfə soxur və dəfələrlə yazdığı yazıları mənə atıb, yazıb, deyib: "Sən oxumasan, elə bil, yazmamışam, fikrin önəmlidi!" İndi sinə tutub silkələmək istəyir - tanış mənzərədi, adamlar özlərindən başqa bir kimsə haqqında xoş sözü qəbul etmir, amma başqa kimsələr üçün xoş söz uğrunda vuruşur!

Yazıram, Şərif Ağayar, amma söyməyəcəm, çünki qətiyyən sənin yazdığın və düşündüyün kimi qəzəbli deyiləm, içim nifrətlə dolu deyil, elə olsa, içib sənin kimi  kimlərəsə zəng edib söyərəm, kiminsə feysbuk səhifəsinə girib ittiham edərəm, bloka düşərəm və s. və s.

Ola bilsin, sənin ağlın və zövqün qədərincə, mənim yambıza sürtməli yazılarım yoxdu, amma mən sənin kimi iddialı deyiləm, uşaq vaxtı duduşumu babama öpdürməyimdən bəhs edən hekayəmi dərsliyə saldırmağa çalışmıram. Amma mənim illərlə, - səndən fərqli olaraq, sənin yaşıdlarının, səndən böyüklərin və səndən də balacaların, - yadında qalan onlarca bədii, siyasi publisistik yazılarım var!

Ola bilsin, mən bir həsirəm, bir Məmmədnəsir, ona görə ki, "bu Kamalın qucağı"ndan "oKamalın qucağı"na tullanmamışam. Və bu kamallar donluğu kəsəndə müxalif qəzetlərə, saytlara informasiya ötürməmişəm - ətrafında belələrini görübsən, belələrinə sığıınıbsan, belələri ilə işləyibsən, işləyirsən və işləyəcəksən. "Satqın" dediyin adamların "sukası" kimi tanınanlarla iş başındasan! Olmusan, olacaqsan!

Sənin fikrincə, şəxsi problemlərim çox ola bilər, amma mən sənin kimi yataqxana otaqlarından kədərli yazılar yazmıram. Mənim yazılarım böyük döyüş meydanlarına hesablanıb, yazılarımın start nöqtəsi ayrıca bir cəbhənin meydanıdı. Mən yazmağa qorxmamışam, amma indi sən oxumağa belə qorxacaqsan!

Əgər sənin dediyin kimi "hər kəs öz kitabını oxuyur"sa, onda nədir "bu işvə, bu naz?", bu müdrikcəsinə pozalar, özünü xalqın gözünə soxmalar, Tolstoysayağı dayanıb şəkilçəkdirmələr, ucuz reklamlar, camaatı iyrəndirmələr...

Özü də,  "qiymətli" vaxtını sərf edib özünü guya ədəbiyyata həsr etməyinlə camaata az minnət qoy, bu heç xalqın ədəbiyyat ehtiyacına vız da gəlmir, olsa- olsa arvad-uşağının çörək ehtiyacını ödəyir, vəssəlam.

Umumiyyətlə, hesab edək ki, sənin də dediyin kimi mən heç kiməm.

Bəs sən kimsən, Şərif Ağayar?

Axşamkı çayxana söhbətini səhər status, mövzu edəcək qədər tükənmiş birimi?

İnan, istəməzdim ki üstünə belə gəlim, amma illüziyalardan ayılmaq vaxtıdı...

Özünə bircə dəqiqəlik kənardan bax. Doğrudanmı, poeziyada uduzandan sonra sən bu yonulmamış üslubunla nəsrdə nəyəsə iddialısan? Camaata sırımaq istədiyin obraza özünü sığışdırırsanmı? Kefli İsgəndər demiş, "lotusan, əyə, mən ölüm əl ver".

İndi deyəcəksən mən səni nəzərdə tutmurdum, filan sözü mən deməmişəm.

Adam kişi olar, Şərif Ağayar. Tənqid hədəfinin adını yaz, necə ki mən yazdım.

Sənə bircə qırıq da qəzəbim yoxdu - mən dostlar öləndə ağrıyıram, sadəcə...

Unutma, dəfələrlə dostlar xatırladıb sənə, mən də təkrarlayıram: "Şərif, biz deyilik hərif".

Aydın Canıyev/Miq.az

 

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az