ABŞ prezidenti Barak Obama Konqresi bayram tətilindən əvvəl Ebola virusu ilə mübarizəyə təcili olaraq 6,2 milyard dollar vəsait ayrılmasına dair qanunu qəbul etməyə çağırıb.
Vətəninfo.az xəbər verir ki, Vaşınqton yaxınlığında Milli Səhiyyə İnstitutunda çıxış edən Obama deyib ki, Ebola xəstəliyinə qarşı kliniki təcrübədən keçirilmiş peyvəndin ilkin mərhələdə heç bir ciddi yan təsirin olmaması sevindirici xəbərdir.
O bildirib ki, indiyədək Ebola xəstəliyinə qarşı dərman preparatının yaradılması istiqamətində aparılan tədqiqatların heç biri bu qədər müvəffəq olmayıb.
Lakin prezident peyvəndin təsirli olacağına dair heç bir zəmanətin olmadığını qeyd edib və tədqiqatların hələ başa çatmadığını vurğulayıb. Obamanın fikrincə, Ebola virusunun Qərbi Afrikada aradan qaldırılması həm də amerikalıları xəstəlikdən qorumaq deməkdir.
Ebola virusu Qvineya, Liberiya və Sierra Leonedə təxminən 7000 insanın ölümünə səbəb olub. Onların arasındatibb işçiləri də var.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib