Ohanyan Sərkisyanı saymadı – Gərginlik

Ohanyan Sərkisyanı saymadı – Gərginlik

Ötən gün Ermənistan Prezidenti Serj Sərkisyanın güc strukturlarının nümayəndələri ilə məhkəmə islahatları barədə keçirdiyi ikinci müşavirədə Müdafiə naziri Seyran Ohanyan iştirak etməyib.
 
Erməni mətbuatı Seyran Ohanyanın iclasa qatılmamasının səbəblərini açıqlamır./Axar.az/
 
Ancaq bir müddət öncə erməni KİV-lərində Ermənistan Silahlı Qüvvələrində yüksək vəzifəli şəxslərin işdən çıxarılması və korrupsiya faktları ilə bağlı Sərkisyanla Ohanyan arasında gərginliyin pik həddə çatdığı vurğulanıb.
 
Qeyd edək ki, Ermənistanda hökumət əleyhinə etirazlar yenidən baş qaldırıb. Serj Sərkisyan dünən keçirdiyi görüşdə İrəvanda polis binasını tutan şəxsləri silahı yerə qoymağa və təslim olmağa çağırıb.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az