"Onları Şəhidlər xiyabanında dirəyə bağlamaq lazımdır"

alq artisti Mehriban Zəki Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək həmin videogörüntünü sosial şəbəkələrdə paylaşan əcnəbilərlə bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, aktrisa həmin turistlərə ən ağır cəzanın verilməsini tələb edib.

"3 ay? Onları elə Şəhidlər xiyabanının yanında dirəyə bağlamaq lazımdır ki, gələn-gedən üzlərinə tüpürsün" deyə, o, paylaşımında yazıb.

Qeyd edək ki, araşdırmalarla həmin şəxslərin avqustun 13-də Bakıya turist kimi beşgünlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyənləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanılıb. Polis əməkdaşlarının gördüyü tədbirlərlə hər üç şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.

 Onların hər biri barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az