Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi aptek müəssisələrində Tarif
Şurasının 30 iyul 2015-ci il tarixli qərarı ilə sentyabrın 15-dən başlayaraq
qüvvəyə minəcək yeni qiymətlərə dair məlumatlandırma tədbirlərinə start verib.
Bu məqsədlə nazirlik ölkədə fəaliyyət
göstərən bütün aptek müəssisələrinin rəhbərlərinə SMS bildirişlər göndərir.
Bildirişlərdə aptek rəhbərlərinə www.pharma.az və www.medportal.az
saytlarında yerləşdirilmiş qiymətləri tənzimlənmiş 256 dərman vasitələrinin
topdan və pərakəndə satış qiymətlərini, həmçinin, reseptsiz buraxılan dərman
vasitələrinin siyahısını əldə rəhbər tutmaq tapşırılır.
Aptek rəhbərlərinə xəbərdarlıq edilir ki, ölkədə dövlət qeydiyyatından keçmiş
bütün dərman vasitələri ancaq vahid resept blankı əsasında buraxılmalıdır.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, həmçinin, SMS məlumatlandırma
kampaniyasının ikinci mərhələsi olaraq əhalinin məlumatlandırılmasına
başlanacaq.
Kampaniya çərçivəsində vətəndaşlara qeyd olunan saytlarda 24 saat işləyən
növbətçi apteklərin siyahısı (adlarını, ünvanlarını və əlaqə telefonlarını) və
digər faydalı məlumatlar veriləcək.
Modern.az
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?