Paşinyan Ermənistanın bayrağını dəyişdirmək istəyir

Paşinyan Ermənistanın bayrağını dəyişdirmək istəyir

Ermənistanın dövlət bayrağında xaç da əks olunmalıdır.

Report xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Mənim addımım” fraksiyasından deputat, ölkə parlamenti sədrinin müavini Alen Simonya Feysbuk səhifəsində yazıb.

Onun təklifi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bayraqda xaç olmasının tərəfdarları və əleyhdarları da var. İdeyanı dəstəkləyənlər hesab edirlər ki, Ermənistan xirsitian dövlət olduğuna görə bayrağında xaç əks olunması da əsaslı addım olardı. Buna qarşı çıxanların qənaətinə görə, bayrağın indiki forması daha böyük tarixi əhəmiyyətə malikdir.

Qeyd edək ki, Alen Simonyan bir müddət əvvəl Ermənistan SSR-nin himninin bərpa olunması təklifi ilə çıxış edib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az