Paşinyan yenə sərsəmlədi: Azərbaycan muzdlu cəlb edir

Paşinyan yenə sərsəmlədi: Azərbaycan muzdlu cəlb edir


Biz hələ 2020-ci ildə Azərbaycan "dq”yə qarşı müharibəyə başladığı zaman bugünkü çağırışların ilk cücərtilərinin və regionumuzda Avropa təhlükəsizlik arxitekturasının dağılmasının şahidi olduq.

Yenipress.az xəbər verir ki, bu sözləri Almaniyanın Xarici Əlaqələr Şurasında keçirilən toplantıda Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Paşinyan yenə Azərbaycanı Ermənistan ərazisinin işğalında ittiham edib:

"2020-ci il noyabrın 10-da üçtərəfli bəyanatın imzalanmasından sonra Azərbaycan nəinki militarizm və təhdid siyasətindən əl çəkmədi, hətta bu dəfə 2021-ci ilin may, noyabr və 2022-ci ilin sentyabrında Ermənistan Respublikasının suveren ərazisinə qarşı yeni təcavüz etdi. 2022-ci il sentyabrın 13-14-dəki sonuncu təcavüz zamanı Azərbaycan ağır artilleriya, raket sistemləri və pilotsuz uçuş aparatlarından istifadə etməklə Ermənistanın hərbi və mülki infrastrukturunu hədəfə alaraq genişmiqyaslı hərbi hücuma başlayıb. Nəticədə üçü mülki şəxs olmaqla, erməni tərəfdən iki yüz iyirmi beş nəfər həlak olub, Ermənistanın 150 kvadrat kilometrdən çox suveren ərazisi işğal edilib”.

Paşinyan eyni zamanda Azərbaycanın Suriyadan muzdlular cəlb etməsi ilə bağlı sərsəm iddialarla çıxış etməkdən çəkinməyib:

"Bu gün mən 2020, 2021, 2022-ci illərdəki təcavüzün təfərrüatına varmaq istəməzdim, lakin Ermənistan hərbi qulluqçularına (o cümlədən qadın hərbi qulluqçulara) qarşı çoxsaylı işgəncə hallarını, meyitlərin parçalanması faktlarını nəzərdən qaçırmaq mümkün deyil. Azərbaycan hərbçilərinin erməni hərbi əsirləri edam etməklə "İŞİD” tipli hərbi cinayətlər törətməsi ilə bağlı geniş yayılmış dəhşətli videolar tanınmalı və beynəlxalq ictimaiyyətin nəzərinə çatdırılmalıdır. Digər problem isə Suriyadan olan muzdluların Azərbaycan tərəfindən cəlb edilməsidir”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az