Paşinyandan şok Qarabağ açıqlaması: “Geriyə dönüşü olmayan nöqtə...”
Ermənistan Baş nazir Nikol Paşinyan 44 günlük müharibənin hakimiyyətinin ən böyük problemi olduğuna inandığını, amma Qarabağla bağlı geriyə dönüşü olmayan nöqtənin onun iqtidara gəlişindən əvvəl yarandığını bildirib.
Miq.Az xəbər verir ki, o, bu barədə parlamentdəki çıxışı zamanı danışıb.
"2018-ci ildə hakimiyyətə gələndə Qarabağla bağlı geriyə dönüşü olmayan nöqtədən başladıq”, - Paşinyan qeyd edib.
Eyni zamanda, baş nazir qurduğu hökumətin inqilabın əsas məqsədini reallaşdırmağı bacardığını düşünür: "Vətəndaş özünü ölkənin ağası hesab edir”.
Miq.Az