Paşinyanın düşmənləri TOPLAŞIRLAR: Köçəryan, Sarkisyan, Tsarukyan…
Ermənistan müxalifəti bu gün geniş toplantı keçirəcək.
Baş nazir Nikol Paşinyanın qatı əleyhdarları onu istefaya göndərmək və növbədənkənar seçkilər keçirmək barədə müzakirələr aparacaq.
Toplantıda eks-prezidentlər Serj Sarkisyan və Robert Köçəryan, "Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Tsarukyan, Vətən partiyasının sədri Artur Vanetsyan, Daşnaksutyun partiyasının rəsmisi İşxan Saqatelyan və müxalifətin baş nazir postuna vahid namizədi Vazgen Manukyan iştirak edəcək./modern.az/