Günel Novruzlu
Bir yarpaq kimi əsərsən,
Elə hey kövrələrsən,
Urəkdən ah çəkərsən …
Sızlayan qəlbinin dərinliyində
Düşünərsən, fikirləşərsən.
Olub keçənləri bir də anarsan,
Ötən xatirələrlə təkcə qalarsan…
Titrək dodaqlarınla pıçıldayarsan :
Görəsən, nə idi mənim gunahım?
Niyə bele yazmış mənə
Qismeti Qibləgahım ?..
Sual verməyə başlarsan belə
Bəlaya çevrilən bir səhvə görə,
Sarsılan bir arzu nisgilin olar
Ən incə, ən ülvi hisslərin solar…
Olub keçənləri unutmaq istəsən belə,
Kimsə bir gün yada salar onları yenə .
Ötüb kecənləri bir də ananda,
Qacmaq istəyərsən özündən onda.
Amma heç alınmaz özündən qaçmaq,
Vicdan üsyanından kənarda qalmaq.
Götür – qoy edərsən etdiklərini,
Nəhayət anlarsan səhvliklərini.
Amma bu anlama çox-çox gec olar,
Artıq həyatının mənası solar.
Xatırlayıb ötənləri için-için yanarsan,
Peşman olmuş hislərinlə yenə təkcə qalarsan…