PKK-nın siyasi qanadının rəhbərinə cinayət işi açıldı

PKK-nın siyasi qanadının rəhbərinə cinayət işi açıldı
Türkiyə Prokurorluğu ötən ilin 6-8 oktyabr tarixlərində baş verən hadisələrlə əlaqədar PKK-n;n siyasi qanadı hesab olunan kürdyönümlü Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəddin Dəmirtaşa qarşı cinayət işi başladıb.
Vətəninfo.az-ın məlumatına görə, Modern.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, HDP sədrinin həmin kütləvi etiraz aksiyalarında əlaqəsinin olduğu bildirilir. Dəmirtaş Türkiyə Cəza Qanununa görə millətlər arasında ədavət və Türkiyə əhalisinin iki etnik qrupu arasında qarşıdurma  yaratmaqda ittiham edilir.
Prokurorluq  HDP sədrinin müqəssir olduğunu müəyyən edəcəyi təqdirdə,  konstitusiyanın 83 maddəsinə əsasən Dəmirtaş deputat toxunulmazlığı statusundan  məhrum edilə bilər.
Artıq faktla bağlı araşdırma başlayıb. HDP sədri 24 ilədək azadlıqdan məhrum edilə bilər. Buna etiraz əlaməti olaraq HDP-nin 80-nə yaxın deputatı toxunulmazlıq statusundan imtina etmək üçün müraciət edib.

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az