Polkovnik seçicilərinə SƏSLƏNDİ: "Mən sırada öz yerimdəyəm!"

Polkovnik seçicilərinə SƏSLƏNDİ:

78 saylı Lerik Seçki Dairəsindən deputatlığa namizəd "Azərbaycan Bayrağı” ordenli, ehtiyatda olan polkovnik,  "Alfa"nın keçmiş komandiri  Hikmət Ağayev redaksiyamiz vasitəsilə seçicilərinə müraciət edib. 

Miq.Az-a daxil olan müraciətdə polkovnik qeyd edir ki, haqqında yayılan şaiyələrə inanmaq lazım deyil: 

"Allahın salamı olsun əziz dostlar! Bildiyiniz kimi mən 78 saylı Lerik seçki dairəsindən  09.02.2020 çi tarixində keçiriləcək parlament seçkilərində namizəd olaraq seçicilərimlə gündəlik görüşlərdəyəm. Maraqlı bir məqamla üzləşdiyimdən bu müraciəti edirəm: "Kimlərsə şayiə yayıblar ki, guya mən namizədliyimi geri götürmüşəm və ya sonda kiminsə xeyrinə götürəcəyəm. İnşallah sona qədər Mübariz olaraq öz əqidə istiqamətində olacağam. Mən sırada öz yerimdəyəm..!"-deyə Hikmət Ağayev bildirib. 

Qeyd edək ki, bu yaxınlarda deputatlığa namizəd Hikmət Ağayev Lerik rayonu, Züvüç kəndində kənd camaatı ilə də görüşllər keçirib. Polkovnik görüş zamanı Qarabağ savaşında şəhid olmuş "Dağ Qartalı" ləqəbli şəhid Lətif Ağayevin məzarını da ziyarət edib və insanların sosial problemləri ilə maraqlanıb.

Bir daha xatırladırıq ki, "Azərbaycan Bayrağı” ordenli  polkovnik Hikmət Ağayev Qarabağ müharibəsində iştirak etmiş və şücaət göstərmiş komandirlərdəndi.  Hikmət Ağayev haqqında daha ətraflı məlumatı bu linkdən oxuya bilərsiniz. 


Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az