Prezident İlham Əliyev Sabirabad rayonunda səfərdədir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Sabirabad rayonuna səfərə gedib.
Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Sabirabad şəhərinin mərkəzi meydanındakı abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Prezident İlham Əliyevə meydanda və rayonda görülən abadlıq-quruculuq işləri barədə məlumat verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabirabadda pambıq sahəsi ilə də tanış olub.
Miq.az xəbər verir ki, Prezident İlham Əliyev sentyabrın 17-də Sabirabad rayonunda Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynovanın pambıq əkini sahəsində olub.
Dövlətimizin başçısı pambıqçılarla görüşüb və söhbət edib.
Miq.az