Prezident Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün sədrini qəbul edib

Prezident Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü İdarə Heyətinin sədri Kler Şortu qəbul edib.

İlk dəfə Azərbaycana 20 il əvvəl səfər etdiyini vurğulayan Kler Şort ötən dövr ərzində ölkəmizdə əldə olunan inkişaf münasibətilə Prezident İlham Əliyevi təbrik etdi. Kler Şort Azərbaycanın Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünə qoşulan ilk ölkələrdən olduğunu və bu təşəbbüsdə liderlik nümayiş etdirdiyini vurğuladı.

Xoş sözlərə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev ölkəmizdə bütün sahələrdə böyük uğurlar əldə olunduğunu vurğulayaraq Azərbaycanın Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsündə iştirakının önəmini qeyd etdi. 2006-cı ildən böyük həcmdə neft istehsalına başlanıldığını deyən Prezident İlham Əliyev yüksək neft qiymətlərinin ölkəmizdə iqtisadi inkişafın şaxələndirilməsi üçün baza yaradılmasına, sosial sahədə layihələrin icra edilməsinə, infrastrukturun qurulmasına və abadlıq-quruculuq işlərinin həyata keçirilməsinə yaxşı imkanlar yaratdığını bildirdi. Hazırkı dövrdə neftin qiymətinin aşağı olmasına toxunan dövlətimizin başçısı bununla bağlı ölkəmizin gəlirlərinin azalmasına baxmayaraq, ümumi daxili məhsulda qeyri-neft sektorunun payının 70 faizə yaxın olduğunu və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində böyük uğurların əldə edildiyini dedi.

Görüşdə Azərbaycanın Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsündə iştirakının perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az