Beşulduzlu otelin üst qatındakı cakuzidən sızan su Serbiya prezidentinə problem yaradıb
Dünən Azərbaycana rəsmi səfərə gələn Serbiya prezidenti Boris Tadiçin başına Bakıda gözlənilməz və kuryoz iş gəlib. Rəsmi görüş və ziyarətlərini başa çatdıran prezident axşam ziyafətindən sonra otel nömrəsində istirahət edərkən onun qaldığı lüks nömrəni su basıb. Bu barədə musavat.com-a bilgili mənbə xəbər verib.
Adının çəkilməsini istəməyən mənbə qeyd edib ki, hadisə "Azneft" meydanı yaxınlığında yerləşən "Four seasons" ("Dörd mövsüm") otelində baş verib. Buna səbəb üst mərtəbədə yerləşən daha bir lüks nömrədəki cakuzidə baş verən su sızıntısı səbəb olub. Üst nömrədə yaşayan şəxslərin səhlənkarlığından, yaxud da hansısa xırda çaplı texnogen qəzadan əmələ gələn problemə görə hörmətli qonağın istirahəti pozulub, pərtlik yaranıb.
Əldə olunan məlumata görə, tezliklə Boris Tadiçin nömrəsini dəyişblər və problemi aradan qaldırmaq üçün təcili tədbirlər görüblər.
Onu da qeyd edək ki, "Four seasons" dünyanın ən bahalı otel şəbəkələrindən olaraq beşulduzlu oteldir. Ölkəmizə qonaq gələn ən mötəbər şəxslər məhz bu oteldə qonaq edilir.
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”
Rəsmi Bakı CNN-in yaydığı məlumatları rədd etdi – Bəyanat
"Salamat yeri yox idi, pulqabını meyitin üstünə atmışdı" - Gülüzarın qardaşı
Azər Həsrət: “Cəhalət, xurafat tərəfdarı olanlar nə düşünməyə, nə də sorğulamağa imkan verir”
İqbal Ağazadə: “Qaz, işıq limiti ləğv edilməlidir”
Həbsxanada özünə ad günü edən general - DOSYE