Prokurorluq Mübariz Mənsimova azadlıq tələb etdi-SON DƏQİQƏ
İstanbulda mühakimə olunan azərbaycanlı iş adamı, "Palmali" şirkətinin rəhbəri Mübariz Qurbanoğlu (Mənsimov) ilə bağlı daha bir xəbər yayılıb.
Miq.Az "Haber Türk”ə istinadən bildirir ki, FETÖ və PYD silahlı terror təşkilatlarına üzv olmaq ittihamı ilə mühakimə olunan M.Mənsimovla bağlı İstanbul Cümhuriyət Prokurorluğu şərti olaraq azadlıq tələb edib.
Prokurorluğun yazısında "Mühakimənin indiki mərhələsi, ittiham olunan tərəfin həbsdə keçirdiyi müddət, həbsdən gözlənilən faydanın indiki mərhələdə şərti azadlıqda qalmaqla təmin olunmasının mümkünlüyü nəzərə alınaraq, Mübariz Mənsimov şərti olaraq sərbəst buraxıla bilər. Bu zaman onun ölkəni tərk etməmək və ya evdən çıxmamaq kimi nəzarətə verilməsi mümkündür” ifadələri yer alıb.
Miq.Az