Dünya Bankının proqnozuna görə, 2015-ci ildə dünyada əməkçi miqrantların vətənlərinə göndərdikləri pulköçürmələrinin artım həcmi xeyli zəifləyəcək.
İKT.lent.az-ın "Payspacemagazine"yə istinadən xəbərinə görə, bu il artım tempi 2008-2009-cu illərdən bəri minimal səviyyədə olmaqla 1% təşkil edəcək.
Bildirilir ki, 2015-ci ildə miqrantların inkişaf etməkdə olan ölkələrə rəsmi pulköçürmələri 0,9% yüksələrək 440 milyard dollar olacaq. İnkişaf etmiş ölkələr daxil olmaqla göndərilən pul vəsaitlərinin ümumi həcmi 0,4% - 586 milyard dollaradək artacaq. Analitiklərin fikrincə, buna səbəb Avropada zəif iqtisadi artım olacaq.
Dünyada 200 dollar məbləğində köçürmələr üçün faiz dərəcəsi 8% olaraq qalır. Köçürmələr üçün mobil əlavələr bu səviyyəni aşağı sala bilər. Dünya Bankının məlumatına görə, lakin indiyədək vəsaitlərin yalnız 2%-i mobil servislər vasitəsilə göndərilir.
Proqnozlara görə, artıq 2016-cı ildə dünyada pulköçürmələrinin artım tempi 4,1%-dək, köçürmələrin həcmi 610 milyard dollaradək, 2017-ci ildə bu göstərici 636 milyard dollaradək artacaq.
Bu il əməkçi miqrantlar tərəfindən pulköçürmələrinin göndəriləcəyi əsas ölkələr ABŞ, Səudiyyə Ərəbistanı, Almaniya, Rusiya və Birləşmiş Ərəb Əmirlikləri olaraq qalacaq. Öz növbəsində köçürmələri alan ənənəvi ölkələr Hindistan, Çin, Filippin, Meksika və Nigeriyadır. Dünya Bankı analitiklərinin proqnozuna görə, cari ildə dünyada əməkçi miqrantların sayı 250 milyon nəfəri ötəcək.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib
Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib
"AKP-də təmsil olunan bəzi deputatlar Çanaqqala döyüşünü heç vaxt unutmamalıdırlar" - Deputatdan MESAJ
İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! – Hikmət Hacıyev
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB