Putin ən güclü RAKETİNİ GÖNDƏRDİ- NATO-nu bu ölkədən vurulacaq

Putin ən güclü RAKETİNİ GÖNDƏRDİ- NATO-nu bu ölkədən vurulacaq

Rusiya ilk dəfə olaraq "İskəndər-M” raket kompleksini MDB-də terrorizmlə mübarizə üzrə keçirilən təlimdə itirak üçün Tacikistana göndərib.

Rusiyanın "İskəndər-M”ləri Tacikistana göndərməkdə bir sıra hədəfinin olduğu ehtimalı irəli sürülür.

Publika.az "TASS”-a istinadən xəbər verir ki, Rusiyanın mərkəzi hərbi dairəsinin komandanı, general Vladimir Zarudniskiy "İskəndər-M”lərin təlim zamanı dağlarda terrorçuların şərti bazalarını vuracağını açıqlayıb.

Tacikistan Əfqanıstanla həmsərhəddir. "İskəndər-M”lərin Tacikistandakı rus bazasına yerləşdirilməsi terrorçuların Mərkəzi Asiyaya girişinin qarşısını kəsə bilər. Lakin əsas hədəfin Əfqanıstanda yerləşən NATO güclərinin olduğu deyilir. Raketlərin yerləşdiyi ərazi də əfqan torpaqlarındakı NATO bazalarına yaxındır.

Bundan əvvəl Rusiya Tacikistandakı hərbi bazasına "Su-24M” bombardmançı təyyarə, "Mi-8” və "Mi-24” hərbi vertolyotlar da göndərib. General Vladimir Zarudniskiy isə bildirib ki, Rusiya Tacikistandakı hərbi bazasını "Qasırğa” RSZO hərbi texnikası ilə də möhkəmləndirib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az