Putin hücum zamanı Kremldə olub?

Putin hücum zamanı Kremldə olub?
Gecə saatlarında Ukraynanın Kremlə pilotsuz uçuş aparatları ilə hücuma cəhd etdiyi barədə məlumat yayılıb. Hadisədən sonra bir çoxlarını ölkə Prezidenti Vladimir Putinin Kremldə olub-olmaması maraqlandırıb.

"Qafqazinfo” "RİA Novosti”yə istinadən xəbər verir ki, Kremlin rəsmi sözçüsü Dmitri Peskov bu məsələ ilə bağlı açıqlama verib.

Onun sözlərinə görə, hücum zamanı Putin Kremldə olmayıb: "İnsident nəticəsində Vladimir Putin xəsarət almayıb və öz işini adi rejimdə davam etdirir”.

O bildirib ki, Putin bu gün fəaliyyətini Moskva vilayətində Novo-Oqaryovodakı iqamətgahında davam etdirəcək. 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az