Putin Paşinyanı VLADİVOSTOKA çağırdı – Nələr müzakirə olunacaq?

Putin Paşinyanı VLADİVOSTOKA çağırdı – Nələr müzakirə olunacaq?

Sentyabrın 7-də Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin Vladivostok Şərq İqtisadi Forumunda "Çoxqütblü dünyaya doğru” adlı müzakirələrdə çıxış edəcəklər.

Publika.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Müzakirələrdə Myanmanın müvəqqəti hökumətinin Baş naziri, Monqolustanın Baş naziri və Ümumçin Xalq Assambleyasının Daimi Komitəsinin sədri də iştirak edəcək.

"Gün ərzində Vladimir Putinin Şərq İqtisadi Forumuna dəvət olunmuş xarici liderlərlə ikitərəfli görüşləri nəzərdə tutulub. İkitərəfli və regional gündəliyin aktual məsələləri üzrə fikir mübadiləsi aparılacaq”, – məlumatda deyilir.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az