Rusiya prezidentinin mətbuat katibi Vladimir Putinin evlənməsi ilə bağlı gəzən şayiələrə cavab verib.
“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, mətbuat katibi Dmitri Peskov Putinin yoldaşı Lyudmila ilə ayrıldıqdan sonra evlənəcəyi ilə bağlı yayılan xəbərləri şayiə adlandırıb.
“Exo Moskva”ya müsahibəsində Peskov “Putinin başqa qadınının olub-olmamasına münasibət bildirib və “Xeyr, bu, belə deyil” cavabını verib: “Mən yenə də təklif edirəm Vladimir Vladimiroviç və Lyudmila Aleksandrovnanın sözlərinə diqqət yetirək. Yerdə qalanlar dedi-qodu, şayiə və fərziyyələrdir. Heç də çətin deyil ki, təcrübə üçün Putinin qrafikinə baxaq. Siz başa düşəcəksiniz ki, onun həyatı, təəssüf ki, heç bir halda hər hansı ailə münasibətləri ilə bağlı deyil, onun həyatı dövlət başçısı kimi götürdüyü məsuliyyət, öhdəliklərlə əlaqəlidir”.
Peskov “prezidentin toy xəbərini gözləməyə dəyərmi” sualına cavab olaraq isə bildirib ki, mətbuat-katibi olaraq bu suala cavab vermək səlahiyyəti yoxdur: “Lakin sizə əminliklə deyə bilərəm ki, bütün bunlar şayiə və dedi-qodudur”.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Gimnastika üzrə Olimpiya çempionu, Rusiya Dövlət Dumasının deputatı Alina Kabayevanın münasibətləri 2008-ci ildən başlayıb. İddiaya görə, bu münasibətdən Putinin 3 yaşlı oğlu və 1yaşlı qızı var.
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?
“Azərbaycan və Türkiyəni açıq qarşıdurmaya çəkmək istəyirlər” – Sabiq nazirdən sensasion
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSOR"UN toruna düşüb