Putinin administrasiyasında bomba həyəcanı
Rusiya prezidenti Vladimir Putinin administrasiyasında naməlum şəxsin zəngindən sonra axtarış aparılır. Bu barədə İnterfax xəbər yayıb.
Nəşrin məlumatına görə, "Staraya ploşad” 4 ünvanında partlayış törədiləcəyi barədə məlumat daxil olub.
Rəsmi qurumlar hələlik məlumatı təsdiqləməyiblər təsdiqlənməsələr də, hadisə yerinə müvafiq qurumların, o cümlədən FTX-nın əməkdaşları gəliblər.
İnterfax hadisə yerində olan müxbiri bildirib ki, orada həqiqətən də müxtəlif qurumların çoxlu əməkdaşları və maşınları var.
Miq.az