“Qara piar” həvəsində olanların dar düşüncəsi

“Qara piar” həvəsində olanların dar düşüncəsi

Bu il ölkədə keçiriləcək prezident seçkiləri öncəsi Rusiya, Avropa və ABŞ Azərbaycanda müxtəlif təmayüllü siyasi qüvvələri dolayısı ilə dəstəkləməklə, mövcud Azərbaycan hakimiyyətinə öz təzyiq formalarını göstərməyə çalışırlar. Rusiyanın Azərbaycanda maraqları bəllidi və Şimal qonşumuz Cənubi Qafqazın aparıcı ölkəsindəki bu günə kimi mövcud olan maraqlarına zərbə dəyməsini və zəifləməsini istəmir. Eyni zaman da Rusiya hazırki iqtidarın da dəyişməsində maraqlı deyil. Sadəcə olaraq rəsmi Kreml və onun sahibiVladimir Putin bu günə kimi rəsmi Bakının apardığı balanslaşmış siyasətin bir qədər də Rusiya meylli olmasını istəyir.

Avropa İttifaqı isə hazırda Fransada olan, Azərbaycanda birbaşa Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin vurulmasına yönəlik fəaliyyət göstərən qruplaşmanın videotekası, ABU-nun sabiq rektoru Elşad Abdullayevdən yararlanmaq istəsə də, sonralar E.Abdullayevin saxtakar və düzənbaz olduğunu öyrəndikdə, E.Abdullayev kartı ilə Azərbaycan iqtidarının üzərinə gəlməkdən imtina edib və yeni qüvvələr axtarışına çıxıb. ABŞ isə həmişəki kimi ovunu gözləyən ac canavar kimi proseslərin daha da dramatikləşməsini gözləyir. Yəni kim güclü olsa, onu müdafiə edəcək. Avropa İttifaqı və ABŞda Azərbaycanda İlham Əliyev hakimiyyətinin dəyişməsində maraqlı görünmür. Onlar da İlham Əliyevin liderliyində Azərbaycanda demokratikləşmə adına müxtəlif islahatların aparılmasında maraqlıdırlar. Bu dəyişikliyin səbəbi kimi də prezidentin əlində cəmlənən müəyyən səlahiyyətlərin baş nazirə ötürülməsi ilə hökumətin fəaliyyətini bir qədər önə çəkməyə meyllidirlər. Yəni, böyük güclər öz maraqları peşindədirlər.

Azərbaycan xalqı, yəni keçiriləcək seçkilərin əsas faktoru olan XALQ bir o qədər də bu güclər üçün əhəmiyyət kəsb etmir.
Amma böyük güclərin maraq dairəsi içərisində olan İlham Əliyevin balanslaşmış siyasəti, bu gün hakimiyyət daxilindəki müəyyən qüvvələri, özü də bir qədər harınlamış qüvvələri qane etmir. Onlar hesab edirlər ki, İlham Əliyev hakimiyyəti 2017-ci ilə kimi başqasına verməli və özü baş nazir olaraq siyasi fəaliyyətini davam etdirməlidir. Amma bu qüvvələrin beyinlərində düşündükləri Azərbaycan iqtidarının yeni formatı Rusiya, ABŞ və Avropa İttifaqı tərəfindən məqbul hesab edilmədiyi kimi, eyni zamanda Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev tərəfindən də rədd edilir.

R.Mehdiyev Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin keçirdiyi mühüm tədbirlərdən birində jurnalistlərə bu yöndə öz fikirlərini açıq şəkildə ifadə edib. Azərbaycanda keçiriləcək seçkilərdə hakimiyyətin siyasi kursunu dəstəkləyən siyasi qüvvələrin tək bir namizədinin İlham Əliyev olduğunu deməsi buna sübutdur. Hörmətli akademikin İlham Əliyevin xalq tərəfindən seçildiyini və qarşıdakı seçkilərdə də xalqın yenidən İlham Əliyevə etimad göstərəcəyini bəyan etməsi bu qüvvələri daha da qıcıqlandırıb.
Elə bunun səbəbidir ki, hakimiyyətdə oturan bəziləri (onlar hər kəsə bəllidir) Ramiz Mehdiyevə qarşı kampaniya aparmaqla nəyəsə nail olacaqlarını düşünürlər. Hər gün bəzi media qurumlarının hakimiyyət daxilindəki canciyərlərindən müəyyən “qara piar”ları sifariş alaraq öz səhifələrinə daşımaqla, nəyəsə nail olmaq olmaz.
Bu qüvvələr bu gün deyil, uzun illərdi Ramiz Mehdiyevə qarşı “qara piar” kampaniyasında mətbuatı dəstəkləməkdədirlər və düşünürlər ki, bu yolla akademiki vurmaq olar. Yaxud da Elşad Abdullayevin gic-gic bəyanatlarını öz manşetlərindən verməklə, bir şeyə nail olacaqlar.
Azərbaycanda Qərbin istədiyi kimi demokratik bir seçki keçiriləcək.
Bu seçkidə İlham Əliyevin qalib gələcəyi
də açıq şəkildə onun özünün ortaya qoyduğu fəaliyyəti ilə reallaşacaq.
Amma İlham Əliyevin yeni bir komanda formalaşdıracağı şübhəsizdir.

Vətəninfo.az

İnformasiya şöbəsi



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az