Qarabağ bölgəsində "əməliyyatlar" keçiriləcək

Qarabağ bölgəsində
Aprelin 26-dan etibarən Qarabağ bölgəsində açıq ürək əməliyyatları keçiriləcək. APA-nın xəbərinə görə, həkim-kardiocərrah, millət vəkili Rəşad Mahmudov Tibbi Əməkdaşlıq Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən II Azəbaycan-Alman-Türk tibb konqresində çıxışı zamanı deyib ki, əməliyyatlar Səhiyyə Nazirliyinin tapşırığı və dövlətin dəstəyi ilə "Ürəklərimiz Qarabağda döyünəcək" şüarı altında təşkil olunacaq.
 
Onun sözlərinə görə, bu aksiya ilk olaraq, Füzulidə, sonra isə digər Qarabağ bölgələrində keçiriləcək: "Aksiyanın keçirilməsində məqsəd həmin bölgələrdə ürək xəstəliklərindən əziyyət çəkən insanlara az da olsa, diqqət göstərməkdir. Bununla dünyaya bir mesaj da vermək istəyirik ki, insanların sağlamlığına ən çətin zamanda belə diqqət yetirən bir dövlət heç bir zaman qan tökmək istəməz. Bizim arzumuz sülh və torpaqlarımızın işğaldan azad olunmasıdır".

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az